Elnarədən Röyaya sərt sözlər


Şou-biznes 08 Avq 2018 14:22:00 45 0

Elnarədən Röyaya sərt sözlər

Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilova arasındakı qalmaqal daha da böyüyüb. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, Xəlilova  Uitni Hyustonun "I have nothing" mahnısını İnstaqramında paylaşıb. İzləyicilər paylaşıma ifaçının Röyaya söz atdığını yazıblar. Bir çoxları mahnını Röyanın "Mənə sevgindən bəhs et"inə bənzədiblər. Hətta bəstəkar Muxtar Abseynov da ona "Mən bildim" şərhini yazıb. Elnarə ona "Elə bildim Röyanın mahnısıdır" şərhini yazan izləyicisinə "Oxşayır, yox?" cavabını verib. Röya isə Elnarənin həmin paylaşımını paylaşaraq onu tənqid edib.  Xəlilovanın qarşı tərəfə cavabı gecikməyib. O, paylaşım edərək Röyanın ünvanına sərt sözlər deyib: "İcazə verirsən bu videonu paylaşım? (Fatihə surəsini paylaşıb - red.) Yoxsa bunu da özünə götürəcəksən? Bütöv bir verilişi ("Hər şey daxil" verilişini nəzərdə tutur -red.) mənə həsr etdiyinizə görə demək ki, haqlıyam. Həyatda hamıdan hər şey görmüşəm. Amma səndən bunu gözləmirdim. Qarabağlılara yox, barı tonla kəsdiyimiz çörəyə hörmət edəydin. Mənə "çox sağ ol" demək əvəzinə ünvanıma yazdığın sözlərə bax. Mahnı mahnıya oxşayar da. Mahnını mahnıdan götürərlər. Sənin ünvanına bir söz deyən oldu Röya Ayxan? Mahnında problem var, get onu düzəldənlərin boğazından yapış ki, ətək-ətək pul tökmüşəm sizə, bu nədi eləmisiz? Məni niyə iynələyirsən? Ey ulduzların ulduzu... Ey starların starı. Ey əməkdarların əməkdarı.  Sənə ancaq tərif yağdıranda xoşuna gəlir? Səndə qüsur ola bilməz? Sənin ən böyük problemin də elə budur. Özünə o qədər vurğunsan ki, gözün özündən başqa heç kimi görmür. Bilsəydim özünü təsdiq etmək üçün efirdə erməni mahnısı oxuyanın ümidinə qalacaqsan, heç sənə kömək eləməzdim. Bir düz-əməlli adam yox idi çıxarasız ora? Yazıq Tolik qalmışdı kəkələyə-kəkələyə. Bilmirdi sənin sifarişini yerinə yetirsin, yoxsa veriliş aparsın. Canım, ay Tolik! Səni və Röyanı nə qədər çox istəyirəm bunu yalnız Allah bilir. Amma məhkəmə quranda heç olmasa, qarşı tərəfdən çox demirəm, bircə nəfər obyektivlik üçün çağırmalıydız. Yoxsa elə özünüz çaldız, özünüz oynadız.   Hələ o jurnalist etiraf edir öz diliylə ki, bəli, Elnarə reklam simasıdır. Sonra da deyir iş gör. Mən iş görməsəm, trend olmasam, tələbatlı olmasam bu qədər şirkətlər məni özlərinə sima seçər? Sən də oxuyursan, mən də. Sənin öz izləyicin, mənim öz... Sən də klip çəkdirirsən, mən də... Sən də Türkiyədə iş gördürürsən, mən də... Sən konsert verirsən, mən uşaq doğuram. Bu da mənim konsertim və uğurumdur. Sən birini də verirsən, mən birini də doğuram. Nəyi pisdi ki... Səndə o var. Məndə bu. Sən konsert verirsən, mən təhsil alıram. Buna da zaman gedir". Elnarə Röyanın "Unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür..." sözlərinə belə cavab verib: "Yeri gəlmişkən, təhsil dedim, təhsil yadıma düşdü. Bütün Azərbaycan bilir ki, mən pulsuz təhsil almışam, söhbət sənin mənə guya verdiyin hansı təhsilin haqqından gedir? Bir var yalan, bir də var ağ yalan. Belə olmaz, bacım. Ömür boyu mənim paltarlarımı geyinmisən. İndi "modnu" olmusan, məni bəyənmirsən? Bir dedin, susdum. İki dedin, susdum. İndi də Elnura sifarişlə yazı yazdırmısan ki, Elnarə zövqsüzdür. Utanıram, sadəcə hər ikinizin yerinə. Bir əski parçası, dünya malı insanlıqdan dəyərli olarmış. Sonda sizin öz sözünüzlə bitirmək istəyirəm.  Bir halda ki, səni milyonlar sevir məni heç kim, ey milyonların sevimlisi dünya şöhrətli ulduz, siz dediyiniz məntiqlə yanaşsaq, əgər keyfiyyətə deyil, kəmiyyətə nəzər salsaq, onda Azərbaycanda hal-hazırda 2 ulduz var. Biri Damla, digəri də Üzeyir. Onunla deyil axı, düzdür? Tolik demiş, adamı gərək Allah istəsin.  Allahıma çox şükür, nəyim yoxdu sənə paxıllıq edəm? Ərin var, ərim yoxdu? Oğlun var, oğlum yoxdu? Qızın var, qızım yoxdu? Yerdə qalanı da yuxarıda sadaladım. Birdən elə bilərsən sənlə dava edirəm ha, qətiyyən ağlına elə şey gətirmə. Sadəcə köhnəlmiş münasibətlərimizi aydınlaşdırdım, vəssalam. Səni yenə də çox sevirəm. Unutma, uman yerdən küsərlər".

Son.az 

Bakıda avtomobildən 2250 manat oğurlayan yeniyetmə saxlanılıb like
  • 08 Avq 14:21  
Digərləri Bakıda avtomobildən 2250 manat oğurlayan yeniyetmə saxlanılıb

Bakı şəhər sakini R.Musayevə məxsus avtomobildən 2250 manat oğurlamaqda

arrow Ətraflı
Bakıda evindən 67 minlik oğurluq edilən tanınmış qadın idmançı like
  • 08 Avq 14:21  
Digərləri Bakıda evindən 67 minlik oğurluq edilən tanınmış qadın idmançı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı

arrow Ətraflı
Gürcüstanda iranlı 17 il azadlıqdan məhrum edildi like
  • 08 Avq 14:20  
Dünya Gürcüstanda iranlı 17 il azadlıqdan məhrum edildi

Gürcüstanın Rustavi şəhər məhkəməsi İran vətəndaşını 17 il azadl

arrow Ətraflı
Aytəkin ailəsi ilə belə dincəlir – like
  • 08 Avq 14:17  
Şou-biznes Aytəkin ailəsi ilə belə dincəlir –

Aparıcı Aytəkin Mərdanova da yay istirahətinə yollanıb.

arrow Ətraflı
Millimizin futbolçusu Super Liqa klubunda like
  • 08 Avq 14:13  
İdman Millimizin futbolçusu Super Liqa klubunda

Azərbaycan millisinin futbolçusu Ufuk Budakın Türkiyə çemp

arrow Ətraflı
Yakutiyada 13 nəfər balıq konservindən zəhərləndi like
  • 08 Avq 14:12  
Dünya Yakutiyada 13 nəfər balıq konservindən zəhərləndi

Yakutiyada 13 nəfər balıq konservindən zəhərlənib.

arrow Ətraflı
"Vur onu, parçala o it qızını!" like
  • 08 Avq 14:07  
Digərləri "Vur onu, parçala o it qızını!"

"Vur onu, parçala o it qızını! Təpiklə, vur!"

arrow Ətraflı
Bərdədə 18 yaşlı oğlan bıçaqlanıb like
  • 08 Avq 14:06  
Digərləri Bərdədə 18 yaşlı oğlan bıçaqlanıb

Bərdə rayonunda 18 yaşlı oğlan bıçaqlanıb

arrow Ətraflı
08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib? like
  • 08 Avq 14:02  
Digərləri 08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib?

Adətən eyni rəqəmlərin ardıcıllıqla düzüldüyü gün insanların diqq

arrow Ətraflı
Taekvandoçu qadının evini qarət edənlərin məhkəməsi başladı like
  • 08 Avq 14:00  
Digərləri Taekvandoçu qadının evini qarət edənlərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Fərid

arrow Ətraflı
Qubada 4 yaşlı uşaq toyda itdi like
  • 08 Avq 13:58  
Digərləri Qubada 4 yaşlı uşaq toyda itdi

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avq

arrow Ətraflı
Sarayda quldurluq edən keçmiş məhkum saxlanılıb like
  • 08 Avq 13:53  
Digərləri Sarayda quldurluq edən keçmiş məhkum saxlanılıb

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əhmədov sax

arrow Ətraflı
Şəkidə 63 yaşlı kişini ilan sancıb like
  • 08 Avq 13:52  
Sosial Şəkidə 63 yaşlı kişini ilan sancıb

O,vəziyyəti ağır olduğundan Bakıya göndərilib

arrow Ətraflı