Abşeron gənclər şəhərciyində sayğac anormallığı –


Digərləri 08 Avq 2018 14:27:00 259 0

Abşeron gənclər şəhərciyində sayğac anormallığı –

http://www.avropa.info/az/post/268986.html

Abşeron gənclər şəhərciyində elektrik sayğacları binaların zirzəmisində quraşdırılıb.

Son.az xəbər verir ki, bu barədə avropa.info-ya Abşeron gənclər şəhərciyinin bir qrup sakini bildirib.

Sakinlər qeyd edirlər ki, sayğaclar əvvəllər binaların blokundakı pilləkən meydançasında olub. Sonradan hansısa bilinməyən səbəblərdən sayğaclar sökülərək, zirzəmilərə daşınıb: "Bu da abonentlərin sayğaclara nəzarət etmək imkanlarını məhdudlaşdırır. Çünki zirzəmilərin qapıları hər zaman qıfılla kilidli olur".

Məsələ ilə bağlı Avropa.info-ya danışan "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, sayğaclar Abşeron gənclər şəhərciyinin MTK rəhbərliyinin rəhbərliyinin məsləhəti ilə zirzəmilərə köçürülüb. MTK rəhbərliyi bu təşəbbüsü pilləkən meydançalarında sayğacları uşaqlardan qorumaq üçün irəli sürülüb.

Xatırladaq ki, sayğacların binaların zirzəmilərində quraşdırılması texniki göstəricilərlə bağlı qaydaların kobud şəkildə pozulmasıdır.