08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib?


Digərləri 08 Avq 2018 14:02:00 244 0

08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib?

Adətən eyni rəqəmlərin ardıcıllıqla düzüldüyü gün insanların diqqət mərkəzində olur və əlamətdar gün hesab edilir. 08.08.2018 tarixi də belə günlərdəndir.

Cəmiyyətdə belə bir fkir var ki, guya bu gün toy və digər özəl günlər keçirənlərin sayı başqa günlərə nisbətən daha çoxdur. Səbəb isə insanların belə günlərə daha çox maraq göstərməsidir. Hətta toyunu məhz belə günlərdə, bu tarixlərdə etmək üçün uzun müddət gözləyənlər də az olmayıb və indi də var. Lakin məsələyə bu cür yanaşanların sayı deyəsən ötən illərə nisbətən azalıb. Bakının bir neçə şadlıq evindən aldığımız məlumatlar da bunu nisbətən təsdiqləyir.

Səadət Sarayından Son.az-a bildirilib ki: "Bu gün müraciət edənlər nisbətən bir az çoxdur. Lakin demək olar ki, digər günlərlə müqayisədə elə də ciddi bir fərq nəzərə alınmır".

"Neolit" şadlıq evindən Mİlli.Az-a bununla bağlı bunlar bildirilb: "Keçən il əlamətdar günlərdə toy etmək üçün müraciət edənlər indiyə nisbətən çox idi. Bu il isə belə müraciətlər çox az olub".

"Su Sonası" şadlıq evindən isə məsələ ilə bağlı qeyd edilib ki: "08.08.2018-ci il tarixi ilə bağlı toy etmək müraciəti qeydə alınmayıb. Demək olar ki, bizə müraciət edənlər içində belə günləri xüsusi nəzərə alan gənclərlə rast gəlmirik".