Sarayda quldurluq edən keçmiş məhkum saxlanılıb


Digərləri 08 Avq 2018 13:53:43 317 0

Sarayda quldurluq edən keçmiş məhkum saxlanılıb

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əhmədov saxlanılıb

Bakı. Avqustun 4-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini Rahim Mustafayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib 126 manat pulunu alıb. DİN-dən Trend-ə verilən məlumata görə, RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əhmədov saxlanılıb.