Ukraynada iyrənc cinayət


Digərləri 08 Avq 2018 13:49:00 540 0

Ukraynada iyrənc cinayət

Ukraynada ata serebral iflic xəstəsi olan qızına təcavüz edib.

Son.az bildirir ki, iyrənc olay qızın qardaşının gözləri önündə yaşanıb.

Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskinin bildirdiyinə görə, olay avqustun 4-də baş verib.

"102 xidmətinə gənc oğlan zəng vuraraq dedi ki, 15 yaşlı bacısını atası zorlayır. O, bacısının anadangəlmə əlil, serebral iflic xəstəsi olduğunu söylədi", - V.Abroskin Facebook-dakı səhifəsində yazıb.

O, belə cinayət törədənlərə qarşı cəzaların sərtləndirilməsinin məqbul olduğunu vurğulayıb.