Leysan düşəcək, daşqın təhlükəsi var - XƏBƏRDARLIQ


Digərləri 08 Avq 2018 13:25:00 276 0

Leysan düşəcək, daşqın təhlükəsi var - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-dan 12-dək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Avqustun 8-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.