Avstraliyada quraqlıqdır: fermerlərə


Digərləri 08 Avq 2018 12:59:00 291 0

Avstraliyada quraqlıqdır: fermerlərə

Avstraliyada havaların həddən artıq isti keçməsi kənd təsərrüfatı üçün ciddi problemlər yaradıb. Quraqlıq fermerlərin işini lap çətinə salıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Yeni Cənubi Uels əyalətində isə əsl quraqlıqdır. Bu səbəbdən fermerlər maşınlarla su daşıyıb otlaqlarda davara su verirlər.

Ember Li də 1300 inəyə su verildiyi anın videosunu sosial şəbəkələrdə paylaşıb.

Yeni Cənubi Uels əyalətində "Department of Primary Industries' Combined Drought Indicator"a əsasən quraqlıq həddi 100 faiz elan olunub. Bu isə o deməkdir ki, əyalət ərazisinin 38,7 faizi quraqlıq, 38,2 faizi - yüngül quraqlıq, 23 faizi isə güclü quraqlıq sahəsidir.


Xəbərə aid fotolar