Qeyri-qanuni avtobus biletləri satanlar kimlərdir? - RƏSMİ


Digərləri 08 Avq 2018 12:52:00 344 0

Qeyri-qanuni avtobus biletləri satanlar kimlərdir? - RƏSMİ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti qeyri-qanuni avtobus biletlərinin satılması məsələsinə münasibət bildirib.

Bakı. Elçin Mehdiyev - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rayonlararası və şəhərlərarası qeyri-qanuni avtobus biletlərinin satılması məsələsinə münasibət bildirib. Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeyri-rəsmi bilet satılması mümkünsüzdür. O qeyd edib ki, həm DANX-ın, həm də BBAK-ın əməkdaşları bütün günü bu məsələ ilə bağlı müşahidələr aparırlar və bu cür halların baş verməsinə imkan vermirlər: “Respublika üzrə 60 avtovağzal və avtostansiya mövcuddur və onların hər birində DANX-nin yerli əməkdaşları müşahidələr aparır. Yəni regionlarda da avtovağzallarda daim müşahidə aparılır və qeyri-qanuni bilet satışı mümkün deyil”.