Polkovnikə hökm oxundu:


Digərləri 08 Avq 2018 12:34:00 285 0

Polkovnikə hökm oxundu:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S. Şükürov 9 il 6 ay azadlıqdan məhrum edilib.

S.Şükürov ümumilikdə 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.