“Dəniz kuboku - 2018” müsabiqəsində artilleriya atəşləri icra olunub (VİDEO)


Digərləri 08 Avq 2018 12:36:00 237 0

“Dəniz kuboku - 2018” müsabiqəsində artilleriya atəşləri icra olunub (VİDEO)

“Dəniz kuboku - 2018” müsabiqəsində artilleriya atəşləri icra olunub

Bakı. “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığlı poliqonunda “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu mərhələdə gəmilərə hərəkətdə ikən üzən mina hədəfini artilleriya atəşi ilə məhv edilməsi tapşırılıb. Atışlar artilleriya qurğularından 200 metr məsafədən yerinə yetirilib. Gəmilərin vaxtında gəlməsinə və hədəflərin məhv edilməsinə görə beynəlxalq hakimlər briqadası qiymətləndirmə aparıb.