İran Milli Olimpiya Akademiyasının binasında partlayış


Dünya 08 Avq 2018 12:12:00 258 0

İran Milli Olimpiya Akademiyasının binasında partlayış

İranın paytaxtı Tehranda yerləşən "Enqelab" İdman Kompleksində partlayış baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində qazanxanada olan 3 işçi ölüb.

İnsident İran Milli Olimpiya Akademiyasının binasında baş verib.

Partlayış binanın dağılmasına və ya yanğına səbəb olmayıb. 

Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.