Ermənistan ordusunda növbəti korrupsiya faktı


Dünya 08 Avq 2018 12:08:00 246 0

Ermənistan ordusunda növbəti korrupsiya faktı

Ermənistanın Milli Təhlükəszilik Xidməti (MTX) Masis rayonunda hərbi komissarlıq, həkimlər, Müdafiə Nazirliyinin əməkdaşları və hərbi xidmətə çağırılanlar arasında qurulan növbəti irimiqyaslı korrupsiya sxeminin üstünü açıb.

Son.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti xəbər yayıb.

Qeyd olunur ki, aparılan istintaq-əməliyyat işləri nəticəsində ordudakı korrupsiya şəbəkəsi ifşa olunub və onun üzvlərinin orduya çağırılan erməni gənclərə hərbi xidmətdən möhlət sənədi təqdim etdikləri aşkarlanıb. 

İstintaq materiallarına əsasən, Masis hərbi komissarlığının bölmə rəisi, kimliyi tam açıqlanmayan S.B. aldığı 7 min ABŞ dolları müqabilində bu ilin hərbi xidmətə ilk çağırışında saxta sənədlər düzəldərək 4 erməni gəncini hərbi qulluqdan azad edib. O, əldə etdiyi pulun bir hissəsini "lazımi diaqnoz" qoyduğu üçün tibb mərkəzinin işçisinə, digər bir qismini isə hərbi komissarlığın M.Q. adlı mayoruna verib.