"Zek"in evindən 100 kqa yaxın narkotik çıxdı


Digərləri 08 Avq 2018 11:40:00 214 0

"Zek"in evindən 100 kqa yaxın narkotik çıxdı

DİN-dən Son.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Pirallahı rayon sakini, əvvəllər məhkum olunmuş Aqşin Əlizadə saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinə baxış zamanı 6 kiloqram marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Əlizadənin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 91 kiloqram 500 qram olan 75 ədəd çətənə kolu da müəyyən olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və onlara xüsusi qulluq edərək yetişdirdiyini bildirib.


Xəbərə aid fotolar