“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC müsabiqə elan edir


Digərləri 08 Avq 2018 11:37:24 198 0

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC müsabiqə elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC müsabiqə elan edir

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni Bakı Limanına köçmə ilə əlaqədar Quru Yük Terminalında mövcud olan Almaniya Demokratik Respublikasında “VEB Kranbau Eberswalde” zavodu tərəfindən layihələndirilmiş və quraşdırılmış РК-25 “Albatros”, РК-31 “Albatros”, РК-32 “Albatros” və РК-29 “Kondor” portal kranların sökülməsi işlərinin satınalınması ilə bağlı açıq müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 14 avqust 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 16 avqust 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 17 avqust 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda həyata keçiriləcək.