İran Milli Olimpiya Akademiyasının binasında partlayış olub


Dünya 08 Avq 2018 11:20:16 283 0

İran Milli Olimpiya Akademiyasının binasında partlayış olub

İlkin məlumatlara görə, üç nəfər ölüb

İranın paytaxtı Tehranda yerləşən "Enqelab" İdman Kompleksində partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində qazanxanada olan 3 işçi ölüb.

İnsident İran Milli Olimpiya Akademiyasının binasında baş verib.

Partlayış binanın dağılmasına və ya yanğına səbəb olmayıb.

Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.