Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi bu gün başa çatır


Digərləri 08 Avq 2018 11:11:00 271 0

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi bu gün başa çatır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, namizədlər elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumtəhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçiblər. Daha sonra namizədlər ərizələrini təsdiq edib tamamlayıblar.

Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumtəhsil müəssisələri üzrə 7 mindən artıq vakant yerin müsabiqəyə çıxarılması təmin olunub.