"Qoca"nın qaçmasına kömək göstərən qadın:


Digərləri 08 Avq 2018 10:34:00 256 0

"Qoca"nın qaçmasına kömək göstərən qadın:

Bakıda "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağami adlı məhbusların qatardan qaçmasına kömək göstərməkdə təqsirləndirilən Günay Atakişiyevin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Son.az report-a istinadən xəbər verir ki, ittiham aktında qeyd edilib ki, o, "Qoca" ləqəbli Etibar Məmmədovu birgə kirayədə yaşadığı rəfiqəsi Lalə vasitəsi ilə tanıyıb.

G.Atakişiyeva söyləyib ki, Lalə daha əvvəl E.Məmmədovla sevgili olub: "Mən də onunla telefonla danışmağa başladım. 2017-ci ilin sentyabr ayında Lalə və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm. Bundan sonra Lalənin telefonu vasitəsilə Etibarla danışmağa davam etdim. Oktyabrın 19-da Aqil mənə zəng edib, Etibarın məni yanına çağırdığını bildirdi. Aqillə ora getdim. Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, bizi oktyabrın 21-də Lənkərana məhkəməyə aparacaqlar. Mən həmin vaxt qatardan qaçacam, Aqil sənə açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. O, isə sənə çantada paltar verəcəklər, onu gətirib qatarda mənə verərsən söylədi. Onunla razılaşdım. Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib, Etibara verməyimi istədi. Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı. O, çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar. Kupedə gördüm ki, həmin torba artıq Etibara verilib. Biz biraz söhbət edəndən sonra Etibar otaqdan çıxıb, başqa dustaqların yanına getdi, sonra qayıtdı. Ümumiyyətlə, Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə gedib-qayıdırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında mən düşüb Masallıya getdim, bir qədər sonra Etibar zəng edib, onunla birgə qatarda Bakıya qayıtmağımı istədi. Lənkərana qayıtdım, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını vurğuladı".