Gömrükçülər mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıb (FOTO)


Digərləri 08 Avq 2018 10:25:00 234 0

Gömrükçülər mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıb (FOTO)

Mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb

Bakı. Mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb. DGK-dan Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları mobil telefon və aksesuarlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar. İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Vətəndaş sorğu-sual zamanı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.