Fenerbahçe səfərdən məğlub dönür


İdman 08 Avq 2018 10:14:00 289 0

Fenerbahçe səfərdən məğlub dönür

Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Goal.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilir. Açılış oyununda Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana” komandası Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv gələn həftə keçiriləcək cavab görüşü ərəfəsində özünü çətin vəziyyətə salıb.

Bu matçda Almeyda meydana 46-cı dəqiqədə daxil olub. "Qarabağ"ın daha bir sabiq yarımmüdafiəçisi Pedro Enrike isə start heyətdə yer alıb və sonadək çıxış edib.

"Qarabağ" da öz meydanında uduzub. Azərbaycan təmsilçisi Belarus BATE-sinə minimal hesabla yenilib. Daha 4 görüşdə qalib müəyyənləşməyib. Səfərdən məğlub qayıdan yeganə klub isə Türkiyə "Fənərbağça"sı olub. İstanbul komandası Portuqaliyada qapısından bir top buraxıb.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunları

7 avqust

18:00. "Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2

Qollar: Mario Budimir, 39. Dani Olmo, 84

21:00. "Qarabağ" (Azərbaycan) - BATE (Belarus) - 0:1

Qol: Stanislav Draqun, 36

21:15. "Malmö" (İsveç) - "Videoton" (Macarıstan) - 1:1

Qollar: Anders Kristiansen, 62 - Loik Neqo, 71

21:30. "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

Qollar: Yozef Quşbauer, 90+5 (penalti ilə) - Benjamin Verbiç, 82

22:00. "Standard" (Belçika) - "Ayaks" (Hollandiya) - 2:2

Qollar: Medhi Karsela, 67. Reno Emon, 90+4 - Klaas-Yan Huntelaar, 19. Duşan Tadiç, 34

22:00. "Srvena Zvezda" (Serbiya) - "Spartak" (Trnava, Slovakiya) - 1:1

Qollar: Əl-Fərdi ben Nabuhane, 23 (penalti ilə) - Erik Qrendel, 25

23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) - 1:0

Qol: Franko Servi, 69

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin qalan 3 ilk oyunu bu gün keçiriləcək. Cavab görüşləri isə avqustun 14-də olacaq.