Paytaxtda daha bir ağac kəsimi faktı aşkarlandı


Digərləri 08 Avq 2018 10:01:00 276 0

Paytaxtda daha bir ağac kəsimi faktı aşkarlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağac kəsintisi ilə bağlı daxil olan məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı 38-42 sm diametrliyində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.