Şəkidə 41 yaşlı kişi dərmandan zəhərlənib


Sosial 08 Avq 2018 09:45:08 265 0

Şəkidə 41 yaşlı kişi dərmandan zəhərlənib

O,müxtəlif adda dərman həbləri qəbul edib

Şəki rayonunda yerli sakin dərmandan zəhərlənib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər sakini,1977-ci il təvəllüdlü Filqət Fərman oğluCumayevyaşadığı evdə dərmandan zəhərlənib.

Şəki Rayyon Mərkəzi Xəstəxanasına yerləşdirilən F.Cumayevə həkimlər tərəfindən tibbi yardım göstərilib və mədəsi yuyulub.Yaxınlarının dediyinə görə,F.Cumayev müxtəlif adlarda dərman həbləri qəbul edib.Onun dərman həblərini intihara cəhd məqsədilə və yaxud bilməyərəkdən içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.