“Azərxalça” Lənkəranda tədris-hazırlıq kursu təşkil edib (FOTO)


Digərləri 08 Avq 2018 09:37:34 238 0

“Azərxalça” Lənkəranda tədris-hazırlıq kursu təşkil edib (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının fəaliyyətinin təmin olunması məqsədilə tədris-hazırlıq kursu təşkil edilib.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının fəaliyyətinin təmin olunması məqsədilə tədris-hazırlıq kursu təşkil edilib. ASC-dən Trend-ə verilən məlumata görə, avqustun 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov Lənkəran şəhərində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən toxucularla görüşüb. Məlumat verilib ki, tədris-hazırlıq kursu lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək hazırlıq kursuna 80 nəfər cəlb olunub. Tədris-hazırlıq kursunda iştirak etmək üçün təkcə Lənkəran şəhərindən deyil, şəhərə yaxın kəndlərdən də müraciətlər var. Tədris-hazırlıq kurslarının əhəmiyyətindən danışan İdarə Heyətinin sədri kurslarda dərslərin böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparıldığını bildirib. Qeyd edilib ki, bu il yaradılan bütün filialların fəaliyyətinin təmin olunması üçün belə kurslar keçirilir. Ölkəmizin 10 bölgəsində təşkil olunan kurslarda, hələlik 1000-ə yaxın qadın toxuculuğun sirlərinə yiyələnir. Bu kurslar başa çatdıqdan sonra “Azərxalça” tərəfindən sertifikat verilən 1500 toxucu Cəmiyyətin filiallarında işlə təmin ediləcək.