Planetimizlə bağlı qorxunc PROQNOZ


Digərləri 08 Avq 2018 09:22:00 210 0

Planetimizlə bağlı qorxunc PROQNOZ

Yerdə anomal istilərin tüğyan edəcəyi, orta temperaturun 4-5 dərəcə yüksək olacağı proqnozlaşdırılıb.

Bakı. Yer planetində anomal istilərin tüğyan edəcəyi, orta temperaturun 4-5 dərəcə yüksək olacağı proqnozlaşdırılıb. Trend-in məlumatına görə, belə qənaətə bir qrup alim uzun araşdırmalardan sonra gəlib. Alimlərin fikincə, kəskin istilər nəticəsində Yerin “istixana”ya çevrilməsi və bir çox bölgələrin yaşayış üçün yararsız olması riski böyükdür. Bildirilir ki, istixana qazlarının atmosferə buraxılması iqlimə təsir edən böyük amildir, lakin təkcə bu, deyil. Belə ki, istiləşməyə səbəb olacaq insan amili ilə bağlı digər xoşagəlməz proseslər də var. Hətta istixana qazlarının atmosferə buraxılmasının dayandırılması zamanı da istiləşmə davam edə bilər.