"Google"ın işində problemlər yaranıb


Digərləri 08 Avq 2018 08:07:00 244 0

"Google"ın işində problemlər yaranıb

Populyar axtarış sistemi "Google"ın istifadəçiləri problemlərlə üzləşiblər.

Son.az bildirir ki, Trend-in populyar internet resurslarının işlərini izləyən "Downdetector" servisinin məlumatına istinadən verdiyi xəbərə görə, problemlər çərşənbə axşamı günü axşam saatlarında müşahidə olunub.

Problemdən xəbər verənlərin 53%-i özünün şəxsi hesablarına daxil olmaqda çətinlik çəkib, 46% isə birbaşa servisin işində olan problemlər barədə xəbər verib.