İlin sonuncu Günəş tutulması hadisəsi avqustun 11də baş verəcək


Digərləri 08 Avq 2018 07:21:00 315 0

İlin sonuncu Günəş tutulması hadisəsi avqustun 11də baş verəcək

Cari ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək. Bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.