İnsanabənzər robot yaradılıb


Digərləri 08 Avq 2018 06:30:00 255 0

İnsanabənzər robot yaradılıb

Yaponiyanın Osaka Universitetinin professoru Hirosi İsiquro 4 təkər üzərində hərəkət edən "İbuki" adlı insanabənzər robotunu təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni robotun boyu 120 santimetr, çəkisi 37 kiloqramdır. Robot 10 yaşlı uşaq kimi modelləşdirilib, buna görə də digər robotlar kimi vahiməli görünüşə malik deyil. Onun karkası karbon və plastik kimi materiallardan hazırlanıb, sifəti və əlləri isə lateksdən hazırlanmış "dəri" ilə örtülüb. Robotun bədəni ona gülümsəməyə, əli ilə əşyaları tutmağa və əllərini yelləməyə imkan verən 47 mühərrikdən ibarətdir.