Stalinin əsir düşən oğlu haqda gizli məqamlar


Digərləri 07 Avq 2018 23:50:00 384 0

Stalinin əsir düşən oğlu haqda gizli məqamlar

İkinci Dünya müharibəsi zamanı almanlara əsir düşən SSRİ rəhbəri İosif Stalinin oğlu Yakov Cuqaşvili haqqında heç kəsin bilmədiyi məlumatlar zaman-zaman araşdırılaraq dərc olunur.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, 1945-ci ildə İosif Stalinin iş masasının üzərində,  imperiyanın Təhlükəsizlik katibi və gizli polisin rəhbəri olmuş Lavrentiy Beria tərəfindən qoyulan məxfi sənəd dururdu.  Həmin sənəd İosif Stalinin böyük oğlu, 1941-ci ildə almanlara əsir düşən, 1943-ci ildə isə konslagerdə ölən Yakov Cuqaşvili haqda idi.  

Məxfi sənəddə yazılırdı ki, 1945-ci il yanvar ayının sonlarında 1-ci Belarus cəbhəsinin ordusu, almanlar tərəfindən əsir götürülən bir qrup yuqoslaviyalı zabit və əsgərləri azad edir.  Onların arasında Stalinin oğlu ilə birgə əsirlik həyatı yaşayan yuqoslaviyalı general Stefanoviç də var idi.

Stefanoviç tez-tez baş leytenant Cuqaşvilinin yanına gələr və ona kömək təklif edərdi. Lakin Stalinin oğlu həmişə bu yardımlardan imtina edir və əsirlikdə olan digər Sovet əsgərlərindən fərqlənmək istəmədiyini bildirərdi. 

Məxfi sənəddə yazılırdı ki, Yakov Cuqaşvili özünü olduqca qürurlu və sərbəst aparıb. Alman zabitləri onun saxlanıldığı otağa daxil olanda belə, heç vaxt ayağa qalxmayıb. Sorğu-sual ediləndə isə üzünü divara tutub. Bu səbəblərdən də tez-tez karsa salınıb.