Tərə qarşı deodorantların belə kömək etmədiyi insanların dərdi


Digərləri 07 Avq 2018 23:35:00 411 0

Tərə qarşı deodorantların belə kömək etmədiyi insanların dərdi

İnsanın tərləməsi, xüsusən yay aylarında daha çox tərləməsi normaldır. Təbii reflector reaksiya olan tərləmə daxili temperatur rejimini balanslaşdırır. Lakin elə adam var ki, yay-qış tər içindədir, xüsusən ayaqları, qolaltı sanki su istehsal edir. Ən yaxşı antipersperantlar belə kömək etmir.

Son.az medicina.az-a istinadən aşırı tərləməyə səbəb olan xəstəlikləri təqdim edir: Əgər tərləmə qarışısıalınmaz, daimi və fəsildən asılı olmadan çoxdursa, o zaman orqnanizmdə patoloji dəyişikliklərin siqnalı ola bilər. İnsanın tərləməsinə cavabdeh xüsusi vəzilərdir. Tərin tərkibində duzlar, ammiak, sidik turşusu və bir sıra maddələr var. Ona görə aşırı və pis qoxulu tərləmənin səbəblərini bu problemlərdə axtarmaq olar, təbii ki, həkimlə birgə:

-Hormonal pozğunluqlar -bu səbəbdən yaranan şəkərli diabet, zob, hipertireoz. -Artıq çəki - daha çox yeniyetmələrdə, qadınlarda -Psixoloji-nevroloji problemlər - periferik sinirlərin və damarların zədələnməsi, psixi yüklənmə, nevroz -İnfeksion xəstəliklər - iltihabi proseslər, vərəm, pnevmoniya, sepsis -Ürək və qan- damar xəstəlikləri

-Onkoloji xəstəliklər -Adandangəlmə termotənzimləyici sistemin pozuntuları -Genetik səbəblər -Bəzi zəhərlənmələr, toksinlər

Əgər insan emosional durumda tərləyirsə, bu qana çox miqdarda adrenalinin sıçraması ilə bağlıdır. Əslində orqanizmin  temperatur tənzimləyici reseptorları dəri qatında yerləşi və siqnal baş beyindən gəlir

Çox tərləmənin əlamətləri:

-Bədən özü soyuqdur, amma nəmdir. -Daha çox alın, qolaltı, dabanlar, ovuclar tərləyir - Aşırı tərləyənlərin tər qoxusu elə də kəskin olmur -Kimyəvi maddələrlə çox işləyən insanların tərinin rəngi dəyişə bilər -Tərləmə müəyyən səbəbdən sonra artır: kütlə arasında, və ya əsəbləşəndə, işdə iclasda və s.

Əgər insan özünü müşahidə edib, tərləmə səbəblərini aradan qaldırmaqla belə tərləmənin qarşısını ala bilmirsə, o zaman həkimə getmək zamanıdır.