X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı FOTO


Digərləri 07 Avq 2018 22:24:00 331 0

X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı  FOTO

Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan, Heydər Əliyev Fondunun təşkilatçılığı, Gilan Holdinqin dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti baş tutub.

Son.az "Report"a istinadən bildirir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Aysel Teymurzadə və bir sıra tanınmış incəsənət xadimləri iştirak ediblər.

Festivalın bədii rəhbərlərindən biri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, Dmitri Yablonski çıxışında diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir.

Sonda səhnə Yerusəlim Simfonik Orkestrinin ixtiyarına verilib.


Xəbərə aid fotolar