Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?


Digərləri 07 Avq 2018 22:10:00 294 0

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də onu cənnətə aparırıq. "Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin. (Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir". ("Ali-İmran" 133-134).

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq əgər tarixə nəzər salsaq görərik ki, bəzi hallarda Peyğəmbər (s) əfv etməyi məsləhət görməmişdir.

Həzrətin (s) əfv edə bilmədiyi kəslərdən biri o kəslər idi ki, cinayət törədirdilər və açıqca deyirdilər ki, əgər məni azad etsələr, həmin cinayəti yenə təkrar edəcəyəm. Misal üçün Bədr döyüşündən sonra bir nəfər Həzrətin (s) xidmətinə gəlir və deyir: "Məni bağışlayın, səhv etmişəm. Mənim arvad və uşaqlarım vardır".

Həmin şəxs əsir idi və ona edam hökmünü vermişdilər. Həzrət (s) ona buyurur: "O zaman bağışlayaram ki, bir daha müharibəyə gəlməyəsən".

Deyir: "Olar".