Ünvanlı sosial yardım üçün müraciətlər sadələşdirilir


Digərləri 07 Avq 2018 21:44:00 271 0

Ünvanlı sosial yardım üçün müraciətlər sadələşdirilir

Ünvanlı dövlət sosial yardımı ilə bağlı qanunvericilik təkmilləşdirilir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrup yaradılıb. İslahatların aparılmasında məqsəd bu sahədə ünvanlılığın, şəffaflığın və sosial ədalət prinsipinin tətbiq edilməsidir.

Son.az tvreal.az-a istinadən bildirir ki, nazirlik rəsmisinin sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, ünvanli sosial yardım alan ailələrin 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Belə ailələrin özünüməşğulluq proqramına cəlb olunması istiqamətində də işlər aparılır.