Hamilə qadın və körpə uşaq olan evdə WIFI yolverilməzdir


Digərləri 07 Avq 2018 21:35:00 344 0

Hamilə qadın və körpə uşaq olan evdə WIFI yolverilməzdir

Hazırda Azərbaycanda simsiz, naqilsiz internet qoşulmalarına tələbat ən yüksək həddi keçib, hətta şəhərdən uzaq bölgələrdə də insanlar bəzən çörəkdən çox internetin olmasınn qeydinə qalır.

Son.az medicina.az-a istinadən bildirir ki, İsrail, Fransa, Londonda bağça və məktəblərdə  WiFi və mobil telefonlar qadağan olunduğu bir vaxtda bizim evlərimizdə, hətta cəmi 30-40 kv metrlik mənzillərdə simsiz internet provayderləri quraşdırılır, mikrodalğalı sobasız iş keçmir, ailədə azı 3-4 mobil telefon var...

Dünya sağlamlıq təşkilatları hamilə və yeni doğulmuş uşaqların birmənalı olaraq WiFi və modemlərdən uzaq durmasını tövsiyə edir.

"50 il sonra biz kədərlə insanlığın sağlamlığı üçün  modem, telefon və digər maqnit dalğaları yayan avadanlıqların necə təhlükələrə yol açdığını anlayıb təəssüflənəcəyik. Amma geri qayıtmaq üçün gec olacaq".

Araşdırmalara görə, hamilə qadın və uşaqlar civə, xlorofom, insektisid DDT kimi zərərli elementlərin təsirinə məruz qala bilər.

250 konsaroqen maddələr  siyahısında elektromaqnit sahəsi yaradan radiodalğalar da yer alıb. Bunlar mikrodalğalı soba, mobil telefon, internet, wifi-dır.