Səhrada vəhşi heyvandan xilas olmaqla hidayət olan adam


Digərləri 07 Avq 2018 21:20:00 429 0

Səhrada vəhşi heyvandan xilas olmaqla hidayət olan adam

Son.az deyerler.org-a istinadən bildirir ki, Fazil İraqi "Darul-səlamda" yazır: "Şeyx Murtəza Ənsari 1260-cı ildə İmam Hüseynin (ə) hərəmində olmuşdur. Hərəmdə bir kişi alimə yaxınlaşıb, deyir: "Səni Allaha and verirəm, sən Şeyx Murtəza Ənsarisən?".

Şeyx deyir: "Bəli. Nə işin var ki?".

Deyir: "Mən Səmavat əhlindənəm və əhli-təsənnün məzhəbindəyəm. Bir bacım vardır ki, məndən üç fərzəx aralıda yaşayır. Bir gün onu görməyə getmişdim və yolda bir şirə rast gəldim. Atım şirin qorxusundan yerindən tərpənmirdi. Mən həmin səhrada tək idim və nicat üçün heç bir çarə görmürdüm. İlahi Övliyaların pak ruhlarına təvəssül etdim.

Dedim: "Ya Zövcul-Bətul! Ya Əli ibni Əbutalib (ə)! Məni xilas et!".

Anidən bir atlı gördüm və bu heyvan məndən aralanıb onun yanına getdi. Özünü ağanın ayaqlarına sürtdü və sonra çıxıb getdi.

Ağa mənə buyurdu: "Mənim dalımca gəl". Və mən də onun dediyi kimi etdim.

Nəhayət təhlükəsiz bir yerə gəlib çıxdıq. Bu zaman mənə buyurdu: "Artıq qorxu yoxdur və buradan sonra özün gedə bilərsən".

Soruşdum: "Ağa, siz kimsiniz ki, mənə nicat verdiniz?".

Buyurdu: "Mən o kəsəm ki, sən ondan yardım istəmişdin".