Alkoholun daha bir zərəri sübut olundu


Digərləri 07 Avq 2018 21:15:00 320 0

Alkoholun daha bir zərəri sübut olundu

Avstraliyanın Makkuori universitetinin mütəxəssisləri aşkar ediblər ki, süd verən anaların spirtli içki qəbul etməsi, körpələrdə beyin inkişafının pozğunluğuna gətirib çıxardır.

Son.az deyerler.org-a istinadən bildirir ki, 2004-ci ildən başlayaraq on ildən yuxarı sürən tədqiqatda 5 mindən çox uşaq və onların anaları iştirak edib. Mütəxəssislər analar arasında, süd verərkən alkohol qəbul edib-etmədikləri haqda sorğu keçiriblər. Uşaqların əqli inkişafı hər iki ildən bir qiymətləndirilib. Spirtli içkilər qəbul edilməsindən asılı olaraq, məktəbə qədər uşaqlarda əqli düşünmənın kəskin pisləşməsi müşahidə olunub.