Azərbaycana Pakistan və Hindistandan gələn turistlərin sayı artıb VİDEO


Digərləri 07 Avq 2018 21:06:00 284 0

Azərbaycana Pakistan və Hindistandan gələn turistlərin sayı artıb  VİDEO

Ötən illərlə müqayisədə bu il ölkəmizə Pakistan və Hindistandan gələn turistlərin sayı artıb.

Son.az xeberler.az-a istinadən bildirir ki, Dövlət Turizm Agentliyindən məlumata görə, cari ilin 6 ayında Pakistandan 4792 nəfər ölkəmizə səfər etmişdisə, bu ilin 6 ayında bu rəqəm 15231 nəfər olub. Həmçinin Hindistandan da ölkəmizə gələnlərin sayı 3 dəfəyə qədər artıb.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, hər iki ölkədən gələn turistləri ölkəmizin əsrarəngiz təbiəti və qiymətlərin münasib olması cəlb edir.

Ölkəmizdə turizm üçün yaradılan imkanlar hər fəsildə turist qəbul etməyə imkan verir. Artıq bəzi otellərdə boş yer qalmayıb.

Rəhman Quliyev deyir ki, Pakistan və Hindistandan, o cümlədən digər dövlətlərdən ölkəmizə turist axınının digər bir səbəbi də ictimai-siyasi sabitliyin təmin edilməsidir.


Xəbərə aid video