DGK gömrük yığımlarında dəyişikliklərlə bağlı qərara


Digərləri 07 Avq 2018 20:52:00 269 0

DGK gömrük yığımlarında dəyişikliklərlə bağlı qərara

Dövlət Gömrük Komitəsi (DGK) Nazirlər Kabinetinin 6 avqust 2018-ci il tarixli 344 nömrəli qərarını şərh edib.

Komitədən Son.az-a verilən məlumata görə, qərarda söhbət gömrük rüsumlarından deyil, gömrük yığımlarından gedir:

"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 231-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Gömrük yığımlarının məbləğləri"nin təsdiq edilməsi barədə 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarı ilə gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımları müəyyən edilir. Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar, bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar daxildir".

Komitə bildirir ki, Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2018-ci il tarixli 344 nömrəli qərarı 30 gündən sonra qüvvəyə minəcək: