"İranla işləyənlər ABŞla işləyə bilməyəcək"


Dünya 07 Avq 2018 20:32:00 236 0

"İranla işləyənlər ABŞla işləyə bilməyəcək"

ABŞ prezidenti: "Bu, indiyə qədər tətbiq olunan ən sərt sanksiyalardır"

Birləşmiş Ştatlar prezidenti Donald Tramp İrana bu gündən etibarən tətbiq olunan sanksiyalardan danışıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Tramp öz "Twitter" hesabında dünyaya mesaj göndərib.

"İrana qarşı sanksiyalar rəsmən başladı. Bu, indiyə qədər tətbiq olunan ən sərt sanksiyalardır. Noyabr ayında sanksiyalar yeni bir səviyyəyə qalxacaq. İranla iş görənlər ABŞ-la işləməyəcək. Mən dünyada sülh istəyirəm!" - deyə Tramp yazıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar bu gündən etibarən yenidən qüvvəyə minib.