Musiqi yeddi yolla yeməyimizə


Digərləri 07 Avq 2018 20:25:00 278 0

Musiqi yeddi yolla yeməyimizə

Yemək Proqramı Musiqi və Yemək: Ləzzətli Qarşılıqlı Əlaqə (The Food Programme Music and Food: Delicious Interplay) son seriyasında biz, biş-düşün sadəliyini Buzzcocks punk qrupunun Ever Fallen in Love mahnısına borclu olduğunu deyən bir aşpazla söhbət etdik.

Bir yazıçı da var ki, Pixies-in Debaser mahnısına qulaq asarkən şeytan adından götürülən Duvel adlı Belçika pivəsini içmək istəyir.

Melodiyalar ilə dad məməcikləri arasındakı valehedici münasibətdən həvəslənərək sizə musiqi ilə yemək arasındakı təəccüblü əlaqəni göstərən yeddi misal təqdim edirik.

1. Musiqi sizi daha çox pul xərcləməyə vadar edə bilər

Sevimli restoranımızda yemək yeyərkən fondakı musiqiyə bir o qədər də diqqət vermirik. Lakin "satış atmosferi" böyük bir biznesdir və araşdırmalar göstərir ki, qulağa zərərsiz gələn musiqi parçaları bizim xərcələyəcəyimiz pulu müəyyənləşdirə bilər.

Leicester Universitetinin alimləri, klassik musiqi janrı qədər bizi çox pul xərcləməyə məcbur edən ikinci bir janr yoxdur iddiasındadırlar.

Dr. Adrian North-a görə, "Klassik janr özündə hər növ sofistikanı, zənginlik və sərvəti ehtiva edir və özümüzü sanballı hiss etməmizə səbəb olur. Bu isə restoranda bizim bir az daha artıq pul xərcləməmiz üçün effektiv bir vasitədir."

2. Aşağı səs səviyyəsi sağlam qidalanmaya həvəsləndirir

Cənubi Florida Universitetindən Dr. Dipayan Biswas, kafelərdəki musiqinin səs səviyyəsinin bizim qida seçimimizə təsir etdiyinə inanır.

Onun araşdırması zamanı müəyyənləşib ki, 55 desibeldən aşağı istənilən sakit musiqi bizi diqqətli olmağa həvəsləndirir və nəticədə daha sağlam seçimlər edirik.

Ancaq 70 desibel və ya daha çox tonlu musiqi bizi 20% daha çox şirin və yağlı yeməklərə meylli edir. Biswas iddia edir ki, yüksək səsli musiqi stress və həyəcana təşviq edən bir stimulyatordur. Bu vəziyyətdə isə şəkər, duz və yağ sağlam qidalardan daha cazibədar görünür.

3. Musiqi şərabın dadını artıra bilər

Bizim dadı qeydə almaq və qavramaq qabiliyyətimizə mühit vəziyyətləri təsir göstərir. Məsələn, musiqi kimi. Oxford Universitetinin eksperimental psixologiya üzrə professoru Charles Spence, yediyimiz qidadan asılı olmayaraq musiqinin dad qavrayışımızı dəyişdiyini aşkarlayıb.

The Food Programme-a müsahibəsində o, musiqinin "heç nədən dad yarada bilmədiyini", amma "insanların diqqətini dad təcrübələrindəki bir şeyə kökləyə" bildiyini vurğulayıb.

Spence müəyyənləşdirib ki, xüsusilə də düzgün seçilən musiqi şərabların dadını dəyişmək iqtidarındadır. Onun müşahidələrinə əsasən, biz bir neçə maraqlı məsləhət toplamışıq.

Şirin şərabları "piano musiqisi" və hətta, "ritm, yavaş temp və yüksək pərdə" ilə cütləmək olar. Şopenin 2 nömrəli Valsının 64-cü opusuna qulaq asa-asa Riesling üzümü şərabını yoxlamağa dəyər.

Alternativ olaraq, Ulduz Müharibələri (Star Wars) filmlərinin uvertürasının əvvəli Fino şerisinin duzlu tərkibi ilə üst-üstə düşür.

Yox əgər qırmızı Cabarnet Sauvignon şərabına üstünlük verirsinizsə, Muse-ün "Exogenesis: Symphony"-sinə qulaq asmağı sınayın. Şaqqıltılı gitara səsində isə ətrin dəyişdiyini də hiss edə bilərsiniz.