Mingəçevir sakini su anbarında batdı


Digərləri 07 Avq 2018 20:11:00 236 0

Mingəçevir sakini su anbarında batdı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir su anbarında (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur.

Son.az FHN-ə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1996-cı il təvəllüdlü Məmmədov Tofiq Rafiq oğlunun meyitini sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat başa çatmışdır.