Daha 90 min nəfərin pensiyası artırıla bilər


Digərləri 07 Avq 2018 20:18:00 328 0

Daha 90 min nəfərin pensiyası artırıla bilər

Azərbaycanda 35 min nəfərin pensiyası artırılıb. Daha 90 min nəfərin belə bir imkanı var.

Son.az xeberler.az-a istinadən bildirir ki, yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş və hazırda da işləyən 35 minə yaxın şəxsin pensiyası orta hesabla 137,5 manat artırılıb. Bu artım ötən il "Əmək pensiyaları haqqında" qanuna edilmiş dəyişikiliklərə əsasən mümkün olub.

Qanuna əsasən şəxsin fərdi uçot sistemindəki fərdi hesabında 6 ildə ödənilən sosial sığorta haqqı müqabilində toplanan pensiya kapitalı 72-yə bölünərək onun pensiyasının üzərinə əlavə olunur. Yenidən hesablanma hər 6 ildən bir həyata keçiriləcək.

Əvvəlki qanunvericilikdə bu qayda pensiya yaşından sonra işləyənlərin bu üstünlükdən istifadəni məhdudlaşdırırdı.


Xəbərə aid video