Naxçıvan Sahibkarlığa Kömək Fondu publik hüquqi şəxsə çevrilib


Digərləri 07 Avq 2018 19:53:00 257 0

Naxçıvan Sahibkarlığa Kömək Fondu publik hüquqi şəxsə çevrilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 7-də Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Son.az "Report"a istinadən bildirir ki, fərmanla Naxçıvan Muxtar Respublikasının Sahibkarlığa Kömək Fondu ləğv olunaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib.

"Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi" və "Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiqlənib.