Yataqdan və ya stuldan qalxanda gicəllənənlər –


Digərləri 07 Avq 2018 19:35:00 244 0

Yataqdan və ya stuldan qalxanda gicəllənənlər –

Çox insanlar yataqdan, divandan, oturduğu yerdən qalxanda ani olaraq başının hərlənməsi, gözlərinin qaralmasını bildirir. Eyni simptomun məhz qəfildən uzandığı və oturduğu yerdən qalxan zaman baş verməsi və sonra da itməsi çoxlarını düşündürür, amma bu hal az sürdüyü üçün insan problemin səbəbini araşdırmağa və həkimə getməyə lüzum bilmir. Çoxları isə bunu qanazlığı ilə əlaqələndirir.

Son.az medicina.az-a istinadən bildirir ki, Minnesota ştatının nevrologiya klinikasının həkimi Fipil Lou belə tip başgicəllənmənin səbəbini izah etmişdir:

"Hər şey ürəklə bağlıdır. Ürək nasosdur. Qəfildən ayağa qalxanda ürəyə daxil olan qanın miqdarı birdən azalır. Bu da müvəqqəti arterial təzyiq enməsinə səbəb olur. Korrektə edici mexanizmlərə bir neçə saniyə lazımdır ki, vəziyyəti düzəltsin. Bu düzələnə kimi insan yüngül başgicəllənmə hiss edir".

Tibbdə bu vəziyyət Ortostatik hipotenziya adlanır. Əgər siz çox nadir hallarda bu halla rastlaşırsızsa, 2 səbəb ola bilər: kifayət qədər yemək yeməmisiz və ya su içməmisiz. Digər səbəblər idman məşqləri, qaçış, hamiləlik, isti, günvurma, alkoqol ola bilər. Bütün bu səbəblər düzələndir.

Lakin başgicəllənmə tutmaları bu səbəblər olmadan və daha tez -tez olursa, deməli, səbəb ciddidir və həkimə getmək lazımdır.