Narkotik satanlar yaxalanıb VİDEO


Digərləri 07 Avq 2018 19:07:00 347 0

Narkotik satanlar yaxalanıb  VİDEO

Narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs tutulub.

Son.az xeberler.az-a istinadən bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində bu işlə məşğul olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi sakini Emin Əliyev saxlanılıb. Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 23 qramdan çox heroin, metadon həbləri, 12 qramdan çox psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, yaşadığı Balaxanı qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Emin Əliyev barəsində cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Gömrükçülər də narkotik maddə qaçaqmalçısını saxlayıb. Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşını saxlayıb.

Məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında, yəni düz bağırsağında 4 ədəd bükümdə, çəkisi 177 qramdan çox olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır

Zaqatalada isə narkotik əkib-becərən 3 nəfər saxlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muxax kəndində,"Selbasan" adlanan ərazidə 122 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Əraziyə baxış zamanı oradan 4 kiloqrama yaxın qurudulmuş, 52 kiloqrama yaxın isə yaş halda çətənə kolları aşkar edilərək götürülüb. Həmin ərazidə çətənə kollarını əkən və kultivasiya üsulu ilə qulluq edən rayon sakinləri, Nazim Məmmədov, İlqar Mahmudov və Orxan Musayev saxlanılaraq istintaqa cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin: