Manqal yandırmaq istəyirdi, özü yandı VİDEO


Digərləri 07 Avq 2018 19:08:00 363 0

Manqal yandırmaq istəyirdi, özü yandı  VİDEO

Sumqayıtda ehtiyatsızlıq edən gənc ağır xəsarət alıb.

Qonaqlari üçün kabab bişirmək istəyən şəxs manqalda yanan kömürün üstünə səhvən benzin töküb. Bu zaman o, ağır yanıq xəsarətləri alıb.

Son.az xeberler.az-a istinadən bildirir ki, Sumqayıtın İnşaatçılar qəsəbəsində 22 yaşlı Araz İsmayılov onlara qonaq gələn yaxınları üçün kabab bişirmək istəyib. Manqalı yandırarkən o, kömürün üzərinə kerosin əvəzinə səhvən benzin töküb. Nəticədə Araz İsmayılov ağır yanıq xəsarərti alıb.

Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumata görə, hadisə zamanı Arazın yanında olan bir qohumu da yanıq xəsarəti alıb və yaralılar Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına aparılıblar. Araz İsmayılovun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, digər yaralı isə müalicədən imtina edərək xəstəxanadan qaçıb. 5 saylı Kliniki Xəstəxananın yanıq şöbəsinin müdri Şöhrət Məmmədov isə ''Xəzər Xəbər''ə açıqlamasında bildirib ki, xəstəxanaya bir nəfər müraciət edib. Yayılan məlumatlar əsassızdır.