Plastik tullantılarla bağlı ekoloji fləşmob keçirilib (VİDEO)


Digərləri 07 Avq 2018 18:53:00 249 0

Plastik tullantılarla bağlı ekoloji fləşmob keçirilib (VİDEO)

Plastik tullantıların ətraf mühitə təsirinin azaldılması və “Xəzər günü”nün təbliği məqsədilə fləşmob keçirilib

Bakı. Plastik tullantıların ətraf mühitə təsirinin azaldılmasının və 12 avqust “Xəzər günü” ərəfəsində əhalinin bu istiqamətdə maarifləndirilməsi və təbliği məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Hüseyn Cavid parkında fləşmob keçirilib. ETSN-dən Trend-ə verilən məlumata görə, sosial aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Yasamal rayon İcra Hakimiyyətinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin, “EcoBaku”-nun nümayəndələri və ictimaiyyət təmsilçiləri, eyni zamanda xarici qonaqlar da iştirak edib. Ekoloji fləşmobun keçirilməsində məqsəd ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, həmçinin Xəzər dənizini plastik və digər tullantılarla çirklənmədən qorumaq və bu işə ictimaiyyəti cəlb etməklə töhfə verməyə çağırmaqdır.