Bu küçələrdə hərəkətin təşkilində dəyişiklik edilib


Digərləri 07 Avq 2018 18:35:00 256 0

Bu küçələrdə hərəkətin təşkilində dəyişiklik edilib

Bu gündən paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində hərəkətin təşkilində dəyişiklik edilib.

Son.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, agentliyin mütəxəssislərinin təklifi əsasında tətbiq edilən dəyişikliyə əsasən, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsilə kəsişən hissəsində hərəkət birtərəfli təşkil edilib.