Konqoda Ebola baş qaldırdı


Dünya 07 Avq 2018 18:21:00 236 0

Konqoda Ebola baş qaldırdı

Konqo Demokratik Respublikasında Ebola virusuna 43 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Qeyd olunur ki, yoluxanlardan 27 nəfəri həyatını itirib.

Bu yoluxma hallarından 16-ı laborator şəraitdə təsdiq olunub. Bundan başqa, daha 31 nəfər Ebolaya yoluxma şübhəsi ilə karantinə alınıb.