Bolt özünə komanda tapdı - rəsmi


İdman 07 Avq 2018 18:30:00 284 0

Bolt özünə komanda tapdı - rəsmi

Yüngül atletika karyerasını başa vuran olimpiya çempionu, məşhur sprinter Useyn Bolt Avstraliyanın "Central Coast Mariners" futbol klubu ilə müqavilə imzalayıb.

Goal.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, bu, peşəkar futbolçu müqaviləsi olmayacaq. Ancaq U.Bolt əsas komanda ilə peşəkar səviyyədə futbol oynaya biləcək.

Müqavilə imzaladıqdan sonra Bolt bildirib: "Avstraliyaya gəldiyim üçün xoşbəxtəm. Mənə bu fürsəti verən klubun sahibi və rəhbərliyə təşəkkür edirəm. Peşəkar futbol oynamaq mənim arzum idi. A liqasında oynamaq yaxşı təcrübə olacaq".