Dünyanın ən tez paslanan avtomobilləri


Dünya 07 Avq 2018 18:05:00 249 0

Dünyanın ən tez paslanan avtomobilləri

Zəminə ən çox həssas və daha tez paslanan avtomobillərin adları açıqlanıb.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Novate" nəşri araşdırma aparıb.

Nəşrin məlumatına görə ən tez paslanan avtomobil "Volqa" markalı maşınlar olub. Hazırda çox nadir gözə çarpsalar da, bu maşınlar artıq iki ilə paslanması ilə məşhur olub.

İkinci yerdə 2007-2014-cü ilin istehsalı olan "Ford Mondeo" markalı avtomobillər qərarlaşıb. Bu avtomobillərə əsasən qış mövsümü uzun keçən yerlərdə kuzasının tez deqradasiyası xasdır. Buna səbəb bu cür yerlərdə yollara duz səpilməsidir.

Üçüncü yerə 1998-2004-cü il istehsalı "Opel Astra" sahib olub. Nəşrin bildirdiyi kimi bu avtomobillər çox keyfiyyətsiz fabrik kuzası ilə təmin edilib. Əgər sahibkar bu avtomobili nəzarətsiz buraxarsa cəmi bir neçə ilə maşın tamamilə pasla örtüləcək.