Son bir ayda fərdi uçot sistemində 18,5 min sığortaolunan qeydə alınıb


Digərləri 07 Avq 2018 17:40:00 311 0

Son bir ayda fərdi uçot sistemində 18,5 min sığortaolunan qeydə alınıb

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ay əlavə olaraq 18 508 nəfərə fərdi şəxsi hesab açılıb.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində ötən ay əlavə olaraq 18 508 nəfərə fərdi şəxsi hesab açılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, 1 avqust 2018-ci il tarixə Fondun fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayı ötən ilin müvafiq dövrü (3 512 261 nəfər) ilə müqayisədə 155 884 nəfər və ya 4,4 faiz artaraq 3 668 145 nəfərə çatıb.